Bakıda qətl – 22 yaşlı qız küçənin ortasında öldürüldü

Bakıda qətl hadisəsi baş verib. Naməlum şəxs 22 yaşlı qızı öldürüb. Onun gənc qızın sevgilisi olduğu deyilir.

Nizami Rayon Polis İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, hadisə metronun Qara Qarayev stansiyası yaxınlığında qeydə alınıb.

Adı hələlik istintqala müəyyən edilməyən oğlan aralarında yaranan şəxsi münasibətlər zəminində 1993-cü il təvəllüdlü paytaxt sakini İlahə Həsən qızı Yusifovanı küçənin ortasında bıçaqlayaraq qətlə yetirib. Qətli törədən şəxs hadisə yerindən qaçıb.

Bakı Şəhər prokurorluğundan isə hadisəni törədən oğlanın İ. Yusifovanı sevdiyi, qızın isə ona yox cavabı verdiyi üçün belə bir yla əl atdığı haqda yayılan məlumatların doğru olmadığını bildirdilər.

Faktla bağlı Nizami rayon Prokurorluğu tərəfindən cinayət işi başlanıb, istintaq gedir.
Virtualaz.org saytının məlumatına görə, hadisədən sonra qətlə yetirilən qızın qohumları Nizami Rayon Məhkəmə-Tibbi Ekspertiza şöbəsinə hücum ediblər.

Qohumları tələb ediblər ki, mərhumə İlahə Yusubovanın meyiti yarılmasın. Lakin onlar bununla da kifayətlənməyiblər. Şöbənin əməkdaşlarına hücum edərək meyitin onlara verilməsini tələb ediblər. İnsident zamanı şöbənin şüşəsi sındırılıb, əməkdaşlardan birinə xəsarət yetirilib.

İdarədən o da bildirilib ki, buna baxmayaraq, cinayətin ağırlığı nəzərə alınaraq meyit yarılacaq və zəruri ekspertiza aparılacaq. Buna görə də şöbə əməkdaşlarının təhlükəsizliyini təmin etmək üçün ərazi polis tərəfindən ciddi mühafizə altına alınıb.

Ancaq Nizami Rayon Polis İdarəsindən faktı təsdiqləmədilər və bildirdilər ki, belə bir hadisə baş verməyib. …read more

From:: ANS