Marsda həyat əlamətləri (FOTO)

NASA (ABŞ Milli Aero Kosmik Agentliyi) Marsda həyat olub olmadığını araşdırır.

ANS PRESS-in məlumatına görə, “Curiosity” aparatı vasitəsi ilə plantedə axtarışlar həyata keçirən NASA maraqlı məlumatlar əldə edib. Məlum olub ki, planetin səthində metan qazı var.

Dünyadakı metan qazının 95%-nin mikroorqanizmlər tərəfindən ifraz edildiyinə diqqət çəkən elm insanları Marsda həyat olduğunu düşünür. Mütəxəssislərin fikrincə, bu qazın Marsda da olması “Qırmızı planet”də sadə orqanizmlərin yaşadığına işarədir.

“Curiosity”nin əldə etdiyi son tapıntıları San Fransikodakı Amerika Geofizika Birliyi konfransında açıqlayan mütəxəssislər önəmli iddialarla çıxış ediblər. Alimlərin fikrincə, Marsdakı metan qazı meteorlarla planetə daşınan üzvi maddələrin çürüməsindən yaranıb. Elm adamları əllərində bu nəzəriyyəni dəstəkləyən çox dəlil olmadığını ifadə ediblər.

Nasa səlahiyyətliləri “Curiosity”nin indi planetdə həyat olub olmadığını anlamaq üçün bir sıra testlər etməyə başlayacağını söyləyiblər. Mütəxəssislər 2020-ci ildə Marsa çatacaq pilotsuz bir kosmos vasitəsinin də bu sahədəki işləri dərinləşdirəcəyini ifadə edib.

…read more

From:: ANS