Bu it bir gün də olsun sahibindən aralanmır (VİDEO)

Salyan rayonunda bir it var. Bu it bir gün də olsun sahibindən ayrı düşmür. İtin sahibinə olan bu sədaqəti nəinki insanların heyrətinə səbəb olub.

ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, bu qara rəngli iti hər gün Salyanın kolxoz bazarında görmək olar. Heç kəsə dəyib-dolaşmadan küçədə təmkinlə sahibini gözləyir. Əslində bazara gələnlər də itin yanından laqeydliklə ötüb keçirlər.

Söhbət rayonun Babazənan yaşayış massivinin 70 yaşlı sakini Əvəz Lətifovun “Tuzik” ləqəbli itindən gedir. Əvəz dayının dediyinə görə, 4 ildir bu iti saxlayır. İlk vaxtlar itə görə hətta qonşusu ilə arasında mübahisə də yaranıb. Onu azdırmaq istəyib. Lakin it yenə onu tapıb.

Bazarda meyvə satmaqla ailəsin dolandıran Əvəz kişi hər gün səhər saat 6-dan axşam saat 5-ə kimi alış-veriş edir. “Tuzik” də onunla birlikdə bazara gəlir. Sahibinin işini qurtarıncaya qədər gözləyir.

Beləcə, 3 ildir ki, yayın istisində, qışın qarlı-şaxtasında hər gün it bazarda alış-verişlə məşğul olan sahibinə yol-yoldaşlığı edir. 3 ildir ki, Kür çayını üzə-üzə sahibilə birlikdə o tay-bu taya adlayır. İt sahibinə sonsuz məhəbbətini, sevgisini göstərməklə yanaşı, həyatda sədaqətli heyvan olduğunu da bir daha sübut edir.

…read more

From:: ANS