Aparıcı canlı efirə rezin şar və çəkmə ilə çıxdı (VİDEO)

Türkiyədə aparıcı xəbər bülletenində qeyri-adi etriraz edib.

ANS PRESS-in məlumatına görə, sel səbəbiylə yolda qalıb işə gecikən aparıcı bu vəziyyəti canlı yayımda tamaşaçıların diqqətinə çatdırıb. Jurnalist və aparıcı Alihan sel səbəbindən əziyyət çəkdiyini və buna görə də özünün təhlükəsizliyi üçün qoruyucu vastələrdən istifadə etdiyini deyib.

Belinə rezin şar taxan aparıcı ayağına isə rezin çəkmə geyinib. Son günlər Şimali Kipr Türk Cümhuriyyətində leysan yağışların yağmasının hər an fəsadlar törədə biləcəyini deyən aparıcı insanları ehtiyyatlı olmağa çağırıb.

Aparıcının bu addımı insanlar tərəfindən böyük heyrətlə qarşılanıb.

…read more

From:: ANS