Çiçək qəsəbəsi sakinləri uşaqlarını göndərməyə məktəb tapmır (VİDEO)

Sulutəpə qəsəbəsi, Çiçək massivinin sakinləri illərdir burda məskunlaşmalarına baxmayaraq qəsəbə ərazisində bir məktəbin olmamasından şikayət edirlər.

ANS TV-nin məlumatına görə, sakinlər məktəbin yaşadıqları ərazidən xeyli uzaqda yerləşdiyini bildirirlər. Marşrutların da vaxtılı-vaxtında işlənməsi səbəbindən uşaqların məktəbə getməyində müəyyən çətinliklər yaradır. O zaman marşrutun ərazidən də gec keçməyini nəzərə alsaq o zaman vəziyyətin nə qədər çətin olduğunu deməyə əsas verər.

Qış aylarında isə valideyinlərin və məktəblilərin işi daha da çətinləşir. Aidiyyatı qurumlara məsələ ilə bağlı dəfələrlə müraciət etsələr də, amma bunun heç bir xeyri olmayıb.

“Qəsəbə salınan zaman layihədə həm məktəb, həm baxça, həm də poliklinkanın inşası nəzərdə tutulmuşdu. Lakin bu məqsədlər üçün ayrılan torpaqların kimlər tərəfindən satılması barədə isə məlumatımız yoxdur. Hazırda qəsəbədə nə məktəb, nə baxça, nə də poliklinka var. Sadaladıqlarım yalnız Sulutəpənin aşağı hissəsində var ki, məhz oranın yolları da bərbad vəziyyətdə olduğundan gedib ora çıxaq mümükün deyil”, – deyə şikayətçi Zaur Məmmədov bildirib.

Şikayətçi Zaur Hacıyev isə qeyd edib ki, bu qəsəbədə nə məktəb, nə də poliklinka var.

Problemlə bağlı ərazi üzrə icra nümayəndəliyi məsələdən xəbərdar olduqlarını bildirdi.

“Qəsəbədə həm baxça, həm də məktəb yoxdur. Buna baxmayaraq biz baxça və məktəbin inşasını “Dövlət Proqramı”na sala bildik. Lakin biz qəsəbədə boş yer tapa bilmədik ki, məktəbin inşasına başlayaq. Mütəxəssislərin özləri belə əraziyə gələrək baxış keçirdilə. Lakin ərazidə boş yer tapa bilməyərək getdilər” – deyə Xocaəsən icra nümayəndəsi Əlikram Haqverdiyev bəyan edib.

Ümid edək ki, işıqlı gələcəyimiz üçün önəmli olan məktəb problemi sakinlərin gözünü yolda qoymaz.

…read more

From:: ANS