Aydın Əliyev: Lexus 2 min dollara ola bilməz

Dövlət Gömrük Komitəsinin (DGK) sədri Aydın Əliyev avtonəqliyyat vasitələrinin rəsmiləşdirilməsi məsələsinə münasibət bildirib.

ANS PRESS-in məlumatına görə, Aydın Əliyev avtonəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsi ilə bağlı Dövlət Gömrük Komitəsinə daxil olan şikayətlərin heç birinin öz təsdiqini tapmadığını deyib.

Komitə sədri köhnə maşınlarla bağlı məsələyə aydınlıq gətirərkən deyib ki, bu maşınları gətirən şəxslərə xəbərdarlıq edilir. Onun sözlərinə görə, həmin şəxslərə deyilir ki, köhnə maşın alarkən əldə etdiyiniz hansısa sənəd əsas sayıla bilməz:

“Yəni “Lexus” 2 min dollara, yaxud BMW 4 min dollara ola bilməz. Ona görə də hesablamanızı onunla aparmamağınız məsləhət görülür. Gömrük idarəsində bununla bağlı ekspertlər fəaliyyət göstərir. Mərkəzi Gömrük Ekspertiza İdarəsinin mütəxəssisləri qanunvericilikdə nəzərdə tutulan qaydada maşına baxaraq avtonəqliyyat vasitəsinə qiymət qoyur və rəsmiləşdirilmə aparılır”.

Aydın Əliyev prezident İlham Əliyevin imzaladığı gömrük sahəsində nəzarətin həyata keçirilməsi ilə əlaqədar bəzi yoxlamaların sadələşdirilməsi haqqında fərmanı da şərh edib.

O bildirib ki, fərman kommersiya və istehsalat məqsədləri üçün gətirilməyən mallardan gedir. Komitə sədrinin sözlərinə görə, bu sahədə olan strategiya müəyyənləşib. Bu fərmanın tətbiqi Azərbaycan əhalisinin sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılmasına yönəlib. Söhbət sahibkarlıqdan gedə bilməz. Çünki söhbət burada kommersiya və istehsalat məqsədləri üçün gətirilməyən mallardan gedir. Gətirilən mallar vətəndaşın öz tələbatını ödəmək üçün ola bilər.

Komitə sədri bildirib ki, ölkə başçısının verdiyi tapşırıqlara əsasən, dövlət büdcəsi vergi və gömrük rüsumları hesabına formalaşdırılmalıdır: “Buna görə, kommersiya və istehsalat tələbatı üçün gətirilən mallar mövcud olan qanunvericiliyə əsasən vergiyə cəlb olunacaq”.

Yeniliyin büdcə daxilolmalarına təsir edib-etməyəcəyinə gəlincə, A.Əliyev deyib ki, bu barədə yalnız müəyyən hesablamalar aparıldıqdan sonra dəqiq nə isə demək olar.

Prezident İlham Əliyev gömrük sahəsində nəzarətin həyata keçirilməsi ilə əlaqədar bəzi yoxlamaların sadələşdirilməsi haqqında fərman imzalayıb.

Fiziki şəxslər tərəfindən Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilən və istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan ümumi gömrük dəyəri 10000 ABŞ dolları ekvivalenti məbləğindən (müşayiət edilən hər bir yetkinlik yaşına çatmamış fiziki şəxsə görə əlavə 2000 ABŞ dolları ekvivalenti məbləğindən) artıq olmayan mallar (aksizli …read more

From:: ANS