MTN-nə görə nazirliyin aparat rəhbəri də həbs edildi

“Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) aparat rəhbəri Vidadi Zeynalov həbsi barədə xəbərlər yayılıb.

ANS PRESS-in haqqın.az-a istinadən verdiyi məlumata görə, dünən işin materialları Azərbaycanın Baş Prokuroru yanında korrupsiyaya qarşı mübarizə idarəsinə verilib.

Saytın məlumatına görə, Vidadi Zeynalov barəsində artıq həbs qətiimkan tədbiri seçilib.

Məsələ ilə bağlı Baş Prokurorluqdan heç bir məlumat vermədilər. RYTN-dən isə bildirdilər ki, yayılan xəbərlər barədə nazirliyin heç bir məlumatı yoxdur.

Bu gün telefon danışıqlarının qanunsuz dinlənməsi ilə əlaqədar nazirliyin əməkdaşlarının çoxunun dindirilməsi ilə bağlı da RYTN-dan ANS PRESS-ə məlumat verilib.

Məlumata görə, ciddi yoxlamalar bir neçə gün öncə başlayıb. Demək olar ki, əməkdaşların çoxu artıq dindirilib. Hazırda da bu dindirmələr davam etdirilir.

Bu səhər verilən açıqlamada həmçinin aparat rəhbəri Vidadi Zeynalovun həbs edilmədiyi, lakin onun bir neçə gündür ki, dindirildiyini bildiriblər.

Vidadi Zeynalov- RYTN-in aparat rəhbəri

V.Zeynalovun həbsi Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin (BTRİB) bir neçə gün öncə işdən çıxarılan rəhbəri Beytulla Hüseynovla əlaqəlidir.

Vidadi Zeynalov nazirlikdən öncə, 2000-2004-cü illərdə İqtisad Universitetinin inzibati – təsərrüfat işləri üzrə prorektor vəzifəsində çalışıb. Daha sonra iş yerini və Yüksək Texnologiyalar Nazirliyinə dəyişib.

B.Hüseynov barəsində Cinayət Məcəlləsinin 179.3.2 (Mənimsəmə və ya israf etmə, külli miqdarda törədildikdə), 308.2 (Vəzifə səlahiyyətlərindən sui-istifadə, bu Məcəllənin 308.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməllər ağır nəticələrə səbəb olduqda və ya seçkinin (referendumun) nəticələrinə təsir məqsədilə törədildikdə), 313 (Səhlənkarlıq, yəni vəzifəli şəxsin işə vicdansız və ya laqeyd münasibəti nəticəsində öz xidməti vəzifəsini yerinə yetirməməsi və ya lazımi qaydada yerinə yetirməməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə və ya dövlətin və ya cəmiyyətin qanunla qorunan mənafelərinə mühüm zərər vurulmasına səbəb olduqda) maddələri ilə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən cinayət işi açılıb. …read more

From:: ANS