Balakəndə bir ailə göbələkdən zəhərlənib

Balakən rayonunda bir ailənin 3 üzvü və onların evində işləyən usta göbələkdən zəhərlənib.

ANS PRESS-in xəbərinə görə, rayonun Xalatala kənd sakinləri Şaban Qurbaçov, onun həyat yoldaşı Cəvahir Qurbaçova, qardaşı Şahin Qurbaçov və onların həmkəndlisi Yusif Yusifov göbələk yeyəndən sonra vəziyyətləri pisləşib və təcili Balakən rayon xəstəxanasına çatdırılıblar. Həkim müayinəsi zamanı onların zəhərləndikləri məlum olub və ilkin tibbi yardım göstərilib. Şahin Qurbaçovun vəziyyəti nisbətən yüngül olduğundan rayon xəstəxanasında saxlanılıb və hazırda həkim nəzarətindədir. Digərlərinin vəziyyəti ağır olduğundan Bakıya göndərilib. Balakən rayon xəstəxanasından verilən məlumata görə, onların vəziyyəti orta ağırdır. Zəhərli göbələklərin tərkibindəki toksiki maddələr hətta yüksək temperaturda belə parçalanmaya məruz qalmır. Orqanizmə daxil olan kimi fəsadların göstərir. Digər qida zəhərlənmələrindən fərqli olaraq, göbələk zəhərlənməsinini əlamətləri daha kəskin olur. Göbələklə zəhərlənmə, adətən, göbələk yedikdən 6-12-40 saat sonra qarında qəflətən kəskin ağrı, fasiləsiz qusma, ishal və gözünün qarşısında ikiləşmə əlamətləri ilə başlayır. Əgər bu proses bədəndə çox davam edərsə, o zaman mərkəzi sinir sistemidə belə müəyyən dəyişikliklər yol aça bilər. …read more

From:: ANS