Azərbaycan Ermənistana başqa çıxış yolu qoymur

“Ermənistanın razılığı olmadan Azərbaycan Avrasiya İqtisadi İttifaqına (Aİİ) qoşula bilməz”.

ANS PRESS-in məlumatına görə, bu sözləri Qafqazşünasların Elmi Cəmiyyətinin prezidenti Aleksandr Krılov deyib.

Krılov sözlərini Aİİ-ı daxilində prosidur qaydaları ilə əsaslandırıb.

Onun sözlərinə görə, qaydalara əsasən Azərbaycanın bu ittifaqa daxil olmasına Ermənistan da razılıq verməlidir. Onun fikrincə, Azərbaycanın Avrasiya İqtisadi İttifaqına tərəf real dönüşündən danışmaq hələ tezdir.

“Daxil olmaq barədə bəyanat deklarativ xarakter daşıyır. Bakının Aİİ-yə tərəf real dönüşündən isə danışmaq hələ tezdir. Azərbaycan Aİİ-nin əksər üzvləri ilə sıx iqtisadi əlaqələri olan dövlətdir. Amma Aİİ-də bütün qərarlar konsensus yolu ilə həll edilir. Daxil olmaq prosedurunun başlanması üçün Aİİ-nin bütün üzv dövlətlərinin razılığı alınmalıdır”, deyə Krılov bildirib.

Aleksandr Krılov – Qafqazşünasların Elmi Cəmiyyətinin prezidenti

Ekspert bildirib ki, Azərbaycan ilə münasibətləri düzəlməyənə qədər Ermənistandan belə bir razılığın alınmasına ümid etmək real deyil. Ona görə də yaxın perspektivdə Azərbaycanın Aİİ-yə daxil olmasına dair bütün bəyanatlar, həyata keçirilmə şansı olmadan bəyanat xarakteri daşıyacaq.

Məlumdur ki, son vaxtlar Azərbayanın Aİİ-nə daxil olacağı ilə bağlı xəbərlər tez-tez yayılır. Artıq xarici işlər naziri Elmar Məmmədyarov və İqtisadiyyat və Sənaye nazirinin müavini Sevinc Həsənova Azərbaycanın bu ittifaqa daxil olmasını istisna etmədiklərini deyiblər.

Hazırda isə Ermənistan bu təşkilatın tam hüquqlu üzvüdür. Həmçinin İttifaq daxilində müəyyən güzəştlər əldə etməyə başlayıb. Ermənistan höküməti keçən tarix boyu daima Rusiyanın vassalı olduğunu dolayısı yollarla bəyan edib. İndi isə Rusiyanın başçılıq etdiyi bir təşkilatda onun vassalının nə qədər söz sahibi olduğu sual doğurur.

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlunun sözlərinə görə, Ermənistanla sülh müqaviləsi bağlanmayana qədər Azərbaycanın bu təşkilata üzvülüyü real görünmür.

“Belə bir məqamda Ermənistanın bu ittifaqa üzvülüklə bağlı Azərbaycana maneəçilik törətməsi barədə fikirlər düzgün deyil. Amma sülh müqaviləsi bağlandıqdan sonra Ermənistan Azərbaycana bu ittifaqa daxil olmaqla bağlı etiraz edə bilməz. Çünki bu dövlətlərin birgə qərarı əsasında reallaşacaq”.

Elxan …read more

From:: ANS