Hamıya ucuz evlər

Azərbaycan İpoteka Fondunun eyni adlı Açıq Səhmdar Cəmiyyətə (ASC) çevrilməsi dövlət hesabına verilən ipoteka kreditlərinin sayında regionların payını indiki səviyyəyə baxanda nisbətən artıra bilər.

ANS PRESS-in məlumatına görə, dövlət başçısı tərəfindən imzalanmış fərmanda bildirilir ki, ASC-nin ipoteka kreditləşməsinə cəlb etdiyi vəsait, yaşayış sahəsinin 1 kvadratmetri üçün hesablanan qiyməti ipoteka kreditinin verilmə tarixinə ölkənin şəhər və rayon ərazilərinin müvafiq zonalarında orta bazar qiymətindən artıq olmayan yaşayış evlərinin alınmasına yönəldilməlidir.

“Value and Sources” MMC-nin eksperti Rəşad Əliyev ilk dəfə tətbiq edilən bu yeniliyin bəzi müştərilər üçün problem yaradacığını düşünür. “Yeni qaydalar ekonom sinfə aid və orta yerləşmə şəraiti olan mənzillərin alışına şərait yaradacaq. Çünki yüksək sinifə və yaxşı yerləşməsi olan mənzillərin kvadratmetrinin qiyməti orta bazar qiymətindən yüksək olur. Hazırda Bakıda kvadratmetrin orta qiyməti 1100 manatdır. Yəni satılan evlərin qiyməti bundan baha ola bilməz”,- deyə Rəşad Əliyev ANS PRESS-ə bildirib.

Rəşad Əliyev – “Value and Sources” MMC-nin eksperti

Ekspertin fikrincə, yeni qaydalar ipoteka kreditlərindən sui-istifadə hallarının sayını azaldacaq: “Güzəştli şərtlərlə dəbdəbəli mənzil alışının da qarşısını alınacaq”.

Beləliklə, Azərbaycan İpoteka Fondunun (AİF) vəsaitləri ilə Bakının mərkəzi rayonlarında ev almaq mümkün olmayacaq. “MBA Group” konsaltinq şirkətinin bu ilin ortalarında apardığı araşdırmaya görə, şəhərin Binəqədi, Nərimanov, Nəsimi və Səbail rayonlarında evlərin qiyməti orta şəhər qiymətindən yüksəkdir. Xətai və Yasamal rayonlarında qiymətlər orta qiymətə yaxındır. Yalnız Suraxanı, Sabunçu, Qaradağ və s. rayonlarda, o cümlədən Abşeronda evlərin qiyməti orta qiymətdən aşağıdır.

Bakı şəhəri üzrə “pod moyak” yeni tikili mənzillərin təklif qiyməti, $/kv.m (2014-15-ci illər)

Mənbə: “MBA Group” konsaltinq şirkəti
…read more

From:: ANS