Misilsiz korrupsiya: yarım trilyon dollar yoxa çıxdı

İraq dövlətinə aid 500 milyard dolların baş nazir Nuri əl Malikinin dövründə yoxa çıxdığı bildirilir. ANS PRESS-in məlumatına görə, bu barədə İraq parlamenti “Həqiqəti və Korrupsiyanı Araşdırma” komitəsinin sözçüsü millət vəkili Adil Nuri məlumat yayıb. Sözçü açıqlamasında, Malikinin 8 illik vəzifə müddətində yarım trilyon dolların oğurlandığını və ya yoxa çıxdığını deyib. Adil Nuri vaxt baxımından bunun korrupsiyada rekord həd olduğunu deyib:

“Dünya korrupsiya tarixinə baxaq. Heç bir ölkədə bu qədər müddət ərzində 500 milyard dolların oğurlandığı görülməmişdir. Maliki vəzifəyə başladığı 2006-cı ildən 2014-cü ilə qədər keçən 8 illik müddətdə ölkənin sadəcə neft gəliri 822 milyard dollar olub. Bununla yanaşı başda ABŞ olmaqla İraqın inkişafı üçün göstərilən yardımların məbləği də 250 milyard dollardan çox olub. İraqın xəzinəsinə 8 il ərzində 1 trilyon dollar gəldi, amma bunun yarısı yoxa çıxıb və ya oğurlanıb.”

İraqın sabiq baş naziri Nuri əl Maliki

İraqda bütün nazirliklərin korrupsiya ilə əlaqəsinin olduğunu deyən Adil Nuri bunun əsasən Enerji, Səhiyyə və Ticarət Nazirliklərində nəzərə çarpdığını deyib. Digər nazirliklərdə də vəziyyətin eyni olduğunu deyən sözçü İraq “Qırmızı aypara” cəmiyyətində də araşdırma başladıldığını bildirib.

Bu istiqamətdə başladılan araşdırmaların davam etdiyini bildirən Nuri qeyd edib ki, başa çatan istintaqlar da var: “Təxminən 600-ə yaxın dövlət məmuru barədə korrupsiya ilə məşğul olduqları üçün istintaq başladılmışdı. Onların arasında nazir, nazir müavinləri, müşavirlər, direktorlar və s. yüksək çinli dövlət qulluqçuları var. Bəzi məmurlar barədə məhkəmə öz qərarını verib və onların arasında 130 ilə qədər həbs cəzası alanlar da var.”

“Həqiqəti və Korrupsiyanı Araşdırma” komitəsinin sözçüsü millət vəkili Adil Nuri

Sabiq baş nazir Nuri əl Maliki barədə də istintaq başladıldığını deyən Adil Nuri bu istiqamətdə heç bir şey əldə edə bilmədiklərini deyib: “Sabiq baş nazir Nuri əl Maliki barəsində də korrupsiya faktı ilə istintaq başladılıb və iş barədə sənədlər prokurorluğa göndərilib. Amma bu barədə konkret addım atılmayıb …read more

From:: ANS