Məşhur idmançı repçidən hamilədir (FOTO)

Qərb mətbuatı bəyan edir ki, tennisçi Serena Uilyams hamilədir.

ANS PRESS-in məlumatına görə, 34 yaşlı amerikalı tennisçinin uşağının atası kanadalı repçi Dreykdir. Qeyd olunur ki, Serena son zamanlar publikaya çox görsənmir. Məşhur idmançı hətta Sinqapurda keçirilən tennis turniri WTA-da iştirak etməkdən imtina edib. Məlumatı repçinin yaxın dostu yayıb. Tennis üzrə dünya çempionu və repçi bu ilin yayında tanış olublar. Uilyams tennis turnirlərin birində qalib olan zamanı Oqayo ştatların birindəki restoranda birgə eyləniblər. Sonra cütlük bir neçə dəfə paparazilərin hədəfinə tuş gəliblər.

Repçi Dreyk və Selena Uilyams

Serena Uilyams Sidney, Pekin və London olimpiadalarında tennisçilərin qoşa yarışlarında fəxri kürsünün ən yüksək pilləsinə qalxan idmançıdır 2012-ci il yay Olimpiya oyunlarının fərdi turnirində də çempion oldu. Həm qoşa, həm də fərdi yarışlarda “Uimbldon” və “Böyük dəbilqə”nin ABŞ mərhələsində qalib gələn reytinq üçüncüsüdür. Serena Uilyams heç vaxt evlənməyib lakin bir çox tanınmış ulduzlarla roman yaşayıb. Sonuncu dəfə repçi və aktyor Kommon ilə münasibətləri olub. Ekiz bacısı Uinus Uilyamsdır. …read more

From:: ANS