Xəstəxanalarımızda görünməmiş yenilik- nazir əmr verdi

Tibb müəssisələrində kliniki psixoloqlar fəaliyyət göstərəcəklər. ANS PRESS-in məlumatına görə, bu barədə səhiyyə naziri əmr imzalayıb. Əmrə əsasən ilk dəfə olaraq Azərbaycanda tibb müəssisələrində klinik psixoloqlar fəaliyyət göstərəcəklər.

Ölkədə psixi sağlamlıq xidmətlərinin daha yaxşı təşkil edilməsi üçün klinik psixoloqların tibb müəssisələrində çalışması olduqca vacibdir. Psixoloqlar insanların psixi sağlamlıqla bağlı müxtəlif tələbatlarını və problemlərini aşkarlayır.

Belə ki, insanlar xəstəliklər zamanı təkcə fiziki baxımdan deyil, eyni zamanda müxtəlif psixoloji problemlər və emosional halətlərlə qarşılaşırlar. Bu problemlərin vaxtında aşkar olunması və həll edilməsi şəxslərin psixososial adaptasiya imkanlarını genişləndirir. Məsələn, sonsuzluqdan uzun müddət müalicə alan qadının motivasiya və tələbatlar sisteminin, əhval-ruhiyyəsinin, şəxsiyyətlərarası münasibətlər sferasının və s. qiymətləndirilməsi və psixoloji müdaxilənin təşkil edilməsi onun həyat keyfiyyətlərini yüksəldəcəkdir.
Psixoloqlar eyni zamanda müxtəlif psixoloji müayinə üsulları ilə yardım göstərirlər. Məsələn, hansısa ağır və xroniki xəstəliklər zamanı təkcə farmakoloji müalicə deyil, həmçinin psixoloji müdaxilə təşkil olunmalıdır (psixoloji konsultasiya, böhran hallarında müdaxilə və s. ).

Psixoloq müayinəsi

Psixoloji problemlər təkcə psixi xəstəliklər zamanı rast gəlinmir. Belə ki gündəlik həyat şəraiti zamanı bəzən biz gözlənilmədən krizis vəziyyəti ilə üzləşə bilərik. Bu zaman psixoloqların xidməti əvəzsizdir. Beynəlxalq tədqiqatlar göstərir ki, ağır və xroniki xəstəliklər zamanı əsas müalicə ilə yanaşı psixoterapiya da aparılarsa, nəticə daha uğurlu olur. Bəzi pozuntular (post-trvamatik stress pozuntusu, obsessiv-kompulsiv pozuntu, sosial fobiya və s.) zamanı isə medikamentoz müalicənin effektivliyi nisbətən aşağı qiymətləndirilir. Bu pozuntuların aradan qaldırılmasında psixoterapiya daha səmərəli olur.

Psixoloqların müxtəlif səhiyyə xidmətlərində çalışmasının digər vacib aspekti maarifləndirmə işlərinin aparılmasının zəruriliyi ilə bağlıdır. Psixi sağlamlığın dəstəklənməsi və psixi xəstəliklərin profilaktikası üçün maarifləndirmə tədbirlərinin həyata keçirilməsi vacibdir.

Maarifləndirmə tədbirləri təkcə xəstələri deyil, eyni zamanda ailə üzvlərini də əhatə edir. Ailə üzvləri adətən psixi xəstəliklər zamanı şəxsə necə yanaşmalı və rəftar etməli olduqlarını bilmirlər. Məhz bununla bağlı onlar stress keçirə bilərlər. Psixoloqlar ailələr və pasiyentlərlə bir yerdə işləyəndə məsələnin həlli yolları ilə bağlı cox yaxşı qərarlar qəbul edə və problemdən çıxış yolları …read more

From:: ANS