Erotik aktrisa: “Məni məhv etdilər” (FOTO)

Ötən əsrin 70-ci illərində türk erotik filmlərinə oyunu ilə damğa vurmuş aktrisa Tülin Tan qocalar evinə sığınıb.

ANS PRESS-in məlumatına görə, Tülin Tan iflic olduqdan sonra sol tərəfi tamamilə hərəkətsiz hala düşüb. Aktrisa hazırda ahıllar evində yaşayır. Bir qızı olsa da, illərdir o da anasının görüşünə getmir.

Bu gün ağır durumda olan aktrisa bir zamanlar kino ulduzu olduğunu göz yaşları ilə xatırlayır: “İllərlə necə böyük pullar qazanmışam. Amma o pulları saxlaya bilmədim. İndi bir evim də yoxdur. İlk evliliyim 18 yaşımda olub. Cəmi iki il yarım ərimlə birlikdə yaşamışam. O nikahdan qızım dünyaya gəlib. 35 yaşında qurduğum ikinci ailəmin də ömrü iki il yarım olub.”

Aktrisa tərəf müqabili olduğu aktyorları, ona şöhrət gətirən rolları da indi təəssüflə xatırlayır: “İlk erotik filmim Hadi Çamanla olub. Sonuncu çəkildiyim film isə Kamal Sunalla oldu. Filmin rejissoru Selim Soydan hələ də mənə o filmin pulunu – 5 min lirə borcludur.”

Tülin Tan onu rəzil hala salan səbəbləri də dilə gətirib: “Məni avtomobillərə olan sevgim məhv etdi. Ondan çox maşın alıb-satmışam. Çox gözəl günlər yaşamışam. Yeyib, içib, əylənmişəm. Heç pulum qalmayıb. Sonum belə olmamalıydı, amma oldu. Qədərə inanıram. Həyatımda “kaş ki”lərə yer yoxdur. “Kaş ki, bu olmasaydı” desəm, nə dəyişər indi?”

Aktrisa bir zamanlar İbrahim Tatlısəsin də ona meyl saldığını etiraf edib: “İbrahim Tatlısəslə Malatya turnesində idik. Qapımı döydü. Niyyəti bəlli idi. Məni otağına salmaq istəyirdi. Dəhlizdə arxamca qaçdı, amma məqsədinə çata bilmədi.”

Tülin Tan

Tülin Tan bu gün yanına yalnız 35 il öncəki sevgilisinin gedib-gəldiyini də ürək ağrısı ilə qeyd edib. …read more

From:: ANS