28 oktyabr tarixdə bu gün

Miladi: 28 oktyabr 2015
Hicri: 15 Məhərrəm 1437

İlin 301-ci günü
İlin sonuna 64 gün qalır

Bu günün namaz vaxtları

Fəcr – 05:44
Günəş – 07:05
Zöhr – 12:24
Əsr – 16:01
Məğrib – 17:58
İşa – 18:59

Əhəmiyyətli hadisələr

1492-ci ildə Xristofor Kolumb – Kubanı kəşf edib.
1516-cı ildə Qəzza yaxınlığında Sinan Paşanın komandanlığı altında Osmanlı ordusu məmlükləri məğlub edib.
1886-cı ildə Nyu-York arxipelaqının Liberti adasında Azadlıq heykəlinin rəsmi açılış mərasimi keçirilib.
1914-cü ildə Kodak şirkəti rəngli fotoqrafiya üzərində işə başlayıb.
1918-ci ildə Çexoslovakiya Avstriya-Macarıstan İmperiyasından ayrılıb müstəqil olub.
1940-cı ildə Yunanıstanda Oxi günü, Yunanıstanın İkinci dünya müharibəsinə daxil olması kimi qeyd olunur.
1941-ci ildə Litvada faşist Almaniyasının SS qüvvələri 9000-dən yuxarı yəhudini güllələdi.
1948-ci ildə İsveçrəli kimyaçı Paul Hermann Müller Kimya üzrə Nobel mükafatına layiq görülüb.
1955-ci ildə Finlandiya Şimal İttifaqına daxil olub.
1962-ci ildə Karib böhranı: Nikita Xruşşov SSRİ raketlərinin Kubada sökülməsini, demontajını elan edib.
1984-cü ildə Çin Kommunist Partiyası ölkədəki iqtisadi vəziyyəti düzəltmək məqsədi ilə açıq rəqabətə şərait yaradılacağını bəyan edib.
1995-ci ildə Bakı metrosunda qəza. “Ulduz” və “Nərimanov” stansiyaları arasındakı tuneldə qatarın alışması nəticəsində 300 adam həlak olub, 400 nəfər isə xəsarət alıb. Bu qəza Ginnesin Rekordlar Kitabına ən dəhşətli metro qəzası kimi düşüb. Ölkədə 3 gün matəm elan edilib
1998-ci ildə İkinci müddətə Azərbaycan prezidenti seçilən Heydər Əliyevin andiçmə mərasimi keçirilib.
2008-ci ildə Moskvada Müslüm Maqomayevlə vida mərasimi keçirilib. Həmən axşam isə cənazə xüsusi reyslə Bakıya gətirilmişdir.

Doğumlar

1911-ci ildə Mirzə İbrahimov – Xalq yazıçısı, akademik, dövlət mükafatları və Beynəlxalq Nehru mükafatı laureatı, Əməkdar incəsənət xadimi (ö. 1993).
1955-ci ildə Bil Qeyts, Microsoft şirkətinin təsisçisi.
1956-cı ildə Mahmud Əhmədinecad – İran Prezidenti.
1958-ci ildə Ahmet Kaya – Türk müğənnisi.
1967-ci ildə Culiya Roberts, Amerikalı kinoaktrisa.
1946-cı ildə Fuad Məmmədov, Kulturoloq, tarix elmləri doktoru, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının professoru, “Simurq” Azərbaycan Mədəniyyət Assosiasiyasının prezidenti, Azərbaycanda kulturologiya elminin yaradıcısı
1987-ci ildə Səkinə Zeynalova – Rəssam, miniaturist

Ölümlər

1704-cü ildə Con Lokk, ingilis pedaqoq və filosof.

Bayramlar və xüsusi günlər

Yer bayrağı Beynəlxalq Cizgi Günü …read more

From:: ANS