Sovet kinosunun əfsanəsi erməni dələduzluğunun qurbanı oldu

Məşhur rejissor Leonid Qaydayın “Qafqaz əsiri və ya Şurikin yeni macəraları”, “12 stul”, “İvan Vasilyeviç peşəsini dəyişir” kimi komediyalarından tanımış Rusiyanın əfsanəvi aktyoru Vladimir Etuş erməni fırıldağının qurbanı olub.

ANS PRESS-in məlumatına görə, 93 yaşlı xalq artisti və həyat yoldaşının evlərini təmir etdirmək istəyi erməni ustanın ucbatından iflasa uğrayıb.

Belə ki, ötən illərin məşhur aktyoru, Böyük Vətən Müharibəsi veteranı Vladimir Etuş inşaat podratçısı Araik Mxitaryan tərəfindən aldadılıb. Mənzili təmir etməyə söz vermiş Araik Mxitaryan artisdən 545 000 rubl (təx. 9 000 azn) alıb və daha sonra yoxa çıxıb. Hazırda evsiz qalan yaşlı və xəstə aktyor çıxılmaz vəziyyətə düşüb. Mxitaryan aktyorun arvadı Yelena Etuş və onun vəkilinin zənglərinə cavab verməyi də dayandırıb. İndi Vladimir Etuş paytaxt klinikalarından birinin kardiologiya bölməsinin palatasında yaşamağa məcbur olub. Çünki, müalicə kursu başa çatdıqdan sonra ona qayıtmaq üçün yer yoxdur. Aktyorun şəhər mənzili hal-hazırda inşaat zibilinə və sındırılmış divarlara görə yaşamaq üçün yararlı deyil. Şəhərkənarı evdə yaşamaq isə tibbi yardımdan uzaq olmaq və sağlamlıq vəziyyəti üçün Etuşa imkan vermir. Artistin xanımı Yelena erməni dələduza neçə rast gəldiklərindən danışıb.

Vladimir Etuş həyat yoldaşı ilə

“İki il əvvəl “İdealnıy remont” proqramının prodüserləri bizə bağda qonaq otağını təmir etməyi təklif etdilər. Proqrama çəkilişlər çərçivəsində müxtəlif tikinti şirkətləri və podratçılar əməkdaşlıq edir. Bizimlə “Dizayn və təmir” firmasının direktoru Araik Mxitaryan işləyirdi. Onunla bizim ailəmiz arasında çəkilişlərdən sonra tanışlıq yarandı və o artıq bizə pul müqabilində Moskvada mənzilimizi təmir etməyi təklif etdi”,- deyə Yelena Etuş bildirib.

“Biz məsləhətləşdikdən sonra qərar verdik. Biz razılaşdıq ki,bir il sonra 2015-ci il təmirə başlayaq. Bir il biz bu təmirə pul yığırdıq. 2015-ci ilin qışında konkret danışıb işə başladıq. Araik bütün öz təkliflərini yazılı şəkildə bizə elektron poçtla göndərirdi. Martın sonunda Araik bizə gəldi və materialları almağı məsləhət gördü, çünki hər şey bahalaşır”,- deyə qadın qeyd edib.

Araik Mxitaryan

“Birinci dəfə martın sonunda biz Mxitaryana …read more

From:: ANS