“MSK lazım olan təcrübəni toplayıb” (VİDEO)

“Azərbaycanı və seçkiləri diskreditasiya edəcək bütün cəhdlər fiaskoya məhkumdur”.

ANS TV-nin məlumatına görə, bu fikirləri Azərbaycanda parlament seçkilərini müşahidə edəcək MDB parlamentlərarası missiyasının rəhbəri, Rusiya Dövlət Dumasının Liberal Demokrat Partiyası fraksiyasından olan deputatı, MDB işləri, Avrasiya inteqrasiyası və soydaşlarla əlaqələr üzrə Komitənin sədri Leonid Slutski Azərbaycanın Rusiyadakı səfirliyində keçirdiyi mətbuat konfransında deyib.

Kofransda Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu da iştirak edib.

“Mərkəzi Seçki Komissiyası lazım olan təcrübəni toplayıb. İndi artıq texniki vasitələr hazırlığı vaxtında etməyə icazə verir.

“Parlamentlərarası missiyanın rəhbəri kimi deməliyəm ki, Azərbaycanın seçkiyə hazırlıq prossesində səhv addım görmədik. Çünki, Azərbaycan seçki təcrübəsində çox mühüm addımlar atıb. Biz əminlikə Milli Məclisə keçirilən seçkiləri obyektiv qiymətləndirəcəyik. Ancaq obyektiv reallıqdan çıxış edəcəyik”, – deyə Leonid Slutski bidirib.

…read more

From:: ANS