On iki erməni bir azərbaycanlını öldürdü

Rusiyanın Sankt-Peterburq şəhərində Azərbaycan vətəndaşının qətlə yetirilməsi ilə bağlı təfərrüatlar məlum olub.

Mərhumun dostunun ANS PRESS-ə verdiyi məlumata görə, hadisə heç də Rusiya mətbuatında yazıldığı kimi baş verməyib.

Onun sözlərinə görə, qətlə yetirilən Bakı şəhər sakini 1976-cı il təvəllüdlü Aqil Sabir oğlu Muradov sentyabr ayının 14-də Sankt Peterburq şəhərində itkin düşüb: “Onun yoxa çıxmasından 2-3 gün sonra ailəsi polisə müraciət edib. Lakin 40 gün ərzində axtarışlar heç bir nəticə verməyib və mərhumun ailəsi yenidən Sankt Peterbuqun baş polis idarəsinə axtarışın yaxşı aparılması ilə bağlı müraciət ediblər. Bundan sonra onun axtarışı ilə xüsusi müstəntiqlər məşğul olmağa başlayıb. Bu araşdırmalardan sonra meyiti tapmaq mümkün olub.

Dostunun sözlərinə görə, Aqil Muradovu qətlə yetirənlər əslində yazıldığı kimi 4 yox daha çox olub. Onların hamısı da erməni olub. “Aqili öldürən erməlilər 1 nəfər olmayıb, o 11-12 erməni tərəfindən öldürülüb. Lakin bu işi ört-basdır etmək üçün bəzi polislərər rüşvət verilib. Həmin ermənilərdən biri artıq İrəvana qaçıb. Rüşvət alan 3 polis haqqında isə tədbir görülür”.

Uzun müddətdir ki Aqili tanıyan dostu hadisənin səbəblərini və necə başverməsini də açıqlayıb. O, qeyd edib ki, Aqil getdiyi restoranda ermənilərlə mübahisə edib. Bundan sonra qarşı tərəf onu yaxınlıqdakı meşəyə aparıb. Orada isə onu döyüblər. Sonda isə öldüyündən əmin olmaq üçün başından güllə ilə vurubvlar. Aqili basdırdıqdan sonra isə onun maşınını Krasnodara aparıblar. Mərhumun avtomobili Krasnodardan tapılıb.

Rusiyada biznes fəaliyyəi ilə məşğul olan şəxsin meyiti sabah dəfn edilməsi üçün ölkəmizə gətiriləcək və paytaxt qəbristanlıqlarından birində torpağa tapşırılacaq.

Xatırladaq ki, Rusiya KİV-ləri Sankt Peterburq şəhərində azərbaycanlı kişini qətlə yetirənlərin tutulması ilə bağlı xəbərlər yayıblar. Xəbərlərdə deyilir ki, saxlanılan şəxslər 4 nəfərdirlər və 31-42 yaşlarındadır. Onlar əvvəlcə Azərbaycan vətəndaşı olan kişini oğurlayıblar. Şübhəlilərdən biri Ermənistan vətəndaşıdır.

Onlar həmyerlimizi döydükdən sonra Azərbaycan vətəndaşını öz maşının – “Volkswagen Tuareg”in baqajına qoyaraq boş sahəyə aparıblar. Orada isə ona azı 13 bıçaq zərbəsi …read more

From:: ANS