İlham Əliyev: Qolu saymayan hakim cəzasını almalıdır

“Qarabağ” futbol klubu ölkəmizi beynəlxalq yarışlarda ləyaqətlə təmsil edir. ANS PRESS-in məlumatına görə, bu sözləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ötən gün “Qarabağ” futbol klubunun üzvlərini qəbul edərkən çıxışında səsləndirib.

Prezident qeyd edib ki, “Qarabağ” futbol klubunun üzvləri neçə ildir ki, azarkeşləri sevindirir və Azərbaycan bayrağını uca tutur. Onun sözlərinə görə, futbolun inkişafı Azərbaycanda dövlət siyasətidir, Dövlət Proqramı qəbul edilib. Əminəm ki, gələcək illərdə Azərbaycanda futbol daha da sürətlə inkişaf edəcək.

“Futbolçularımız bizi tez-tez sevindirirlər. Ancaq gözəl anlar da kifayət qədər çoxdur və “Qarabağ” futbol klubu o klublardandır ki, bu anları xalqımıza bəxş edir. Bu münasibətlə mən sizi həm təbrik etmək, həm də təşəkkürümü bildirmək istəyirəm. Çünki sizin uğurlu çıxışlarınız, qələbələriniz azarkeşləri ruhlandırır, sevindirir. Siz xalqımıza qələbə sevinci də bəxş edirsiniz. Xüsusilə son yarışlarda, Avroliqadakı yarışlarda sizin oyunlarınız ən yüksək qiymətə layiqdir. Sizin qrupunuzda yarışan klubların büdcəsi sizinkindən qat-qat böyükdür, bəlkə 10 dəfədən çoxdur. Ancaq həyatda, idmanda, siyasətdə maliyyə vəsaiti hər şeyi həll etmir. Sizdə vətənə olan bağlılıq, vətənpərvərlik, peşəkarlıq və iradə bax, bu qələbələri şərtləndirib. Siz bütün komandalarla çox uğurlu yarışmısınız, qələbələr qazanmısınız. Hər kəs – həm Azərbaycanda, həm də dünyada futbolla maraqlanan hər bir insan yaxşı görür və bilir ki, siz böyük qələbələrə layiq idiniz. Ancaq bu qələbələr sizin əlinizdən vicdansızcasına alınıb. Bütün dünyanın gözü qarşısında bu qədər ədalətsizlik, bu qədər vicdansızlıq bəlkə də futbol tarixində nadir hallarda baş verir. Əlbəttə, bilirəm ki, siz də məyus olmusunuz, azarkeşlər də, Azərbaycan xalqı da. İlk növbədə, ona görə ki, siz bu qələbəyə layiq idiniz”.

Prezident futbolçularımızın “İnter” komandası ilə keçirilən oyunda çox gözəl mübarizə apardığıı deyib. “Qələbəyə layiq idiniz və qələbəni əldə etmisiniz. Bütün dünyanın gözü qarşısında təmiz qol vurmusunuz. Ancaq hakim briqadasının qeyri-peşəkarlığı, ya da ki, qərəzli münasibəti ucbatından o qol sayılmadı və beləliklə, sizin qarşınıza bir sədd qoyuldu. Bu, böyük ədalətsizlikdir. Ədalətsizliklə barışmaq həm həyatda, həm idmanda, həm də siyasətdə …read more

From:: ANS