Səud şahzadəsi hava limanında saxlanıldı

Səud şahzadəsi Abdul Muhsin bin Vəlid bin Abduləziz Livanın paytaxtı Beyrutda saxlanılıb. ANS PRESS-in məlumatına görə, Beyrutun “Refik Həriri” hava limanında şahzadəyə aid təyyarədə axtarış aparılıb. Livanın Milli xəbər agentliyi “NNA” təhlükəszilik qüvvələrinin şahzadəyə aid təyyarədə 2 ton narkotik aşkarladığını bildirib.

Təyyarədə şahzadədən başqa daha 4 nəfər Səudiyyə Ərəbistanı vətəndaşı olub.

Narkotik bağlamaları

Səudiyyə Ərəbistanına uçması planlaşdırılan təyyarədə aşkarlanan narkotikin sintetik maddə olan “amfetamin” olduğu bildirilir. Ələ keçirilən narkotikin 40 bağlamaya yerləşdirilmiş vəziyyətdə olduğu qeyd edilib.

Həmçinin bunun, indiyə qədər Beyrut hava limanında ələ keçirilən ən yüksək miqdarda narkotik olduğu vurğulanıb. …read more

From:: ANS