Bakıda kafe alovlandı

Bakının Sabunçu rayonunda kafe yanıb.

ANS PRESS-in məlumatına görə, hadisə Qaradağ rayonunda, İpək yolu adlanan ərazisindəki kafedə baş verib.

Yangın yerinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri, təcili yardım həkimlər və Sabunçu rayon Polis İdarəsinin əməkdaşları cəlb olunub.

Yanğınsöndürənlər alovun ətrafa yayılmasının qarşısını alıblar. Qısa vaxt ərzində yanğın söndürülüb.

Hadisə nəticəsində bir nəfər, Fuad Nuralı xəsarət alıb. Onu xəstəxanaya aparıblar.

İlkin ehtimala görə, hadisə elektrik qısaqapanması nəticəsində baş verib.

Faktla bağlı araşdırma aparılır. …read more

From:: ANS