Sloveniyaya miqrant axını davam edir (VİDEO)

Qərbi Avropaya miqrant və qaçqınların axını kəsilmir. Avropa ölkələri isə miqrantların gəlişinin qarşısını almaq üçün bütün tədbirləri gösə də, hələ də acizdirlər. Macarıstanla Xorvatiyanın sərhədi bağlandıqdan sonra miqrantaların indi ən çox üz tutduğu ölkə Sloveniyadır.

ANS TV-nin məlumatına görə, Sloveniyaya miqrant axını davam edir. Ölkənin şərqində minlərlə insan Xorvatiya və qonşu ölkələrə keçmək üçün növbədə gözləyir. Xorvatiya tərəfinin Sloveniya ilə sərhədi bağlaması vəziyyəti bir az da çətinləşdirib.

Sloveniya isə miqrant axınının öhdəsindən gələ bilməyəcəyini bəyan edir. Qaçqınlar və miqrantlar Sloveniyaya 10 gün bundan əvvəl, Macarıstan Xorvatiya ilə sərhədini bağladıqdan sonra axın etməyə başlayıblar.

İndiyədək 73 min 500 miqrant sərhədi keçib, 25 min insan hələ də Avstriyaya keçmək üçün gözləyir.

Miqrantların “Balkan yolu” problemi ötən gecə Avropa Birliyinin Brüsseldə keçirilən sammitində əsas müzakirə mövsuzu olub.

“Bizləri Cenevrə konvensiyasına tələb etdiyi öhdəliklər birləşdirir. Bizim öz insan ləyaqəti standardlarımız var. “Balkan yolu” ilə bağlı ortaya çıxan problemlər özündə çox kəskin xarakter daşıyır. Əlbəttə ki, biz Avropa Birliyinin sərhədlərində qeydiyyat mərkəzlərinin inkişaf etdirilməsini müzakirə etmişik. Hər kəs Avropa sərhədlərini qorumağın çox vacib olduğunu yaxşı başa düşür”, – deyə Almaniyanın Baş naziri Angela Merkel bildirib.

Avropa liderlərinin Brüsseldə fövqəladə sammitində qaçqın düşərgələrində əlavə 100 min yerinin yaradılması barəsində razılığa gəlinib.

Bir həftə ərzində gələn miqrant sayının tənzimlənməsi üçün Sloveniyaya 400 polis əməkdaşının da göndərilməsinə qərar verilib.

…read more

From:: ANS