“Qarabağ” “Sumqayıt”a məğlub oldu

Son ölkə çempionu “Qarabağ” klubu futbol üzrə Azərbaycan Premyer Liqasının 9-cu turu çəçivəsində səfərdə “Sumqayıt”la qarşılaşıb.

ANS PRESS-in məlumatına görə, oyunda cəmi bir qol vurulub.

Belə ki, “Sumqayıt”ın heyyətində 85-ci dəqiqədə Mirzağa Hüseynpur oyunda vurulan yeganə qola müəlliflik edib.

“Sumqayıt” – “Qarabağ” oyunu

Turun digər oyununda Bakının “İnter” klubu öz meydanında “Rəvan”ı qəbul edib. Oyun “İnter arena”da keçirilib. Matça gəlincə oyunda hesab matçın 32-ci dəqiqəsində Yuri Fomenko “bankirləri” hesabda önə keçirib. 48-ci dəqiqədə isə İlkin Qırtımov komanda yoldaşının ötürməsini qola çevirərək, “İnter”in “Rəvan” üzəridnə 2:0 hesablı qələbəsini rəsmiləşdirib.

“İnter” – “Rəvan” oyunu

“Qəbələ” isə “Qəbələ şəhər stadionu”nda “Zirə”ni qəbul edib, oyun 0:0 hesabı ilə nəticələnib. Gəncədə isə “Kəpəz” “Xəzər Lənkəran”la qarşılaşıb. Ev sahiblərinin 1:0 hesablı qələbəsi ilə nəticələn oyunda qol matçın 36-cı dəqiqəsində Dario Federiko tərəfindən vurulub.

Azərbaycan Premyer Liqasının turnir cədvəli …read more

From:: ANS