“Salam Azərbaycan”nın formatı dəyişdi (VİDEO)

ANS –in efirində yayımlanan “Salam Azərbaycan” verlişinin formatı dəyişdi.

Həftə içi hər gün, (şənbə-bazar günləri istisna olmaqla) saat 07:00-dan 10:00-dək yayımlanan “Salam Azərbaycan” verlişi bu gündən etibarən “xəbər” formatında fəaliyyət göstərəcək.Bu format dünyanın bir çox ölkələrinin aparıcı telekanallarında geniş tətbiq olunur. Verilişdə ölkədə və dünyada baş verən ən son ictimai-siyasi və iqtisadi hadisələri özündə əks etdirən xəbərlər, idman rubrikası və hava proqnozu da yer alır.

“Salam Azərbaycan”da bir sıra yeni rubrikalar var. Onlardan biri “Tarixdə bu gün” rubrikasıdır.Həmin rubrikada ayın bu günü tarixdə yaşanmış və yaddaşlara həkk olunmuş hadisələrə nəzər salınır.

Samir Cabbarovun təqdimatında efirə gedən “İti Bucaq” –da isə texnologiyada baş verən yeniliklərlə tanış ola bilərsiniz.

Tünzalə Rafiqqızının aparıcısı olduğu “Hesab Vaxtı”nda isə Azərbaycanda və dünyada baş verən ən son iqtisadi yeniliklərdən xəbərdar ola bilərsiniz. Eyni zamanda proqrama dəvət olunmuş qonaq ilə müxtəlif mövzular ətrafında maraqlı müzakirələr aparılacaq.

Sevinc Kərimovanın təqdim etdiyi “Hava proqnozu” isə ölkədə və dünyadakı iqlim dəyişikliklərindən xəbər verəcək.

“Bil” rubrikasında isə bilmədikləriniz və həmişə öyrənmək arzusunda olduqlarınızdan xəbər tutacaqsınız.

Səhər tezdən dünyaya ANS-in obyektivindən baxın!

…read more

From:: ANS