“Reanimasiya” sərgisi Bakıda

Dekabrın 17-də Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyində “Reanimasiya” sərgisi açılıb. Bu sərgi Azərbaycanın Əməkdar Rəssamı və kurator Səbinə Şıxlinskayanın “Kurator təcrübəsi” mövzusunda keçirdiyi ustad dərsinin nəticəsidir.

Məlumata görə, Səbinə Şıxlinskaya sərgini açarkən qeyd edib ki, “Reanimasiya” layihəsi muzeyin arxiv materialları əsasında gənc rəssamların öz art-layihələrini yaratdıqları adi və ənənəvi muzey ekspozisiyasıdır.

Layihənin kuratoru Mehparə Abbasova bildirib ki, bu sərgi teatrın arxivinə yeni mövqedən yanaşan altı rəssamın yaratdığı əsərlərin məcmusudur. Məqsəd inkişaf etməkdə olan cəmiyyətin ayrılmaz tərkib hissəsi kimi teatra əvvəlki diqqəti bərpa etməkdir.

Layihə çərçivəsində Səbinə Mirzəyeva, Elşən İbrahimov, Rüfət Əliyev, Anar Şəmsiyev, Vəfa Əsədi və Könül Rəfiyevanın işləri nümayiş etdirilir.

Sərgi dekabrın 27-dək davam edəcək. …read more

From:: ANS