Gəncədə yol qəzası: maşının biri alışdı

Gəncədə yol-nəqliyyat hadisəsi qeydə alınıb.

ANS PRESS-in Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən məlumatına görə, Kəpəz rayonunda vətəndaşlara məxsus “Mercedes-Benz” markalı iki minik avtomobilinin toqquşması nəticəsində yol qəza hadisəsi baş verib.

Nəticədə avtomobillərdən birinin mühərrik hissəsində elektrik kabelləri yanıb. Yanğından avtomobilin qalan hissəsi mühafizə olunub. Yanğın saat 00.35-də yanğınsöndürənlər tərəfindən söndürülüb. …read more

From:: ANS