Dəhşətli terrordan yeni görüntülər (VİDEO)

Pakistanın Peşəvar şəhəri “Taliban”ın məktəbə hücumu zamanı dünyasını dəyişmiş 148 uşağın və doqquz işçinin dəfnini həyata keçirir.

Məktəbdən döşəmədəki qan, divarlarda güllə izlərini göstərən şəkillər hücumun qəddarlığını nümayiş etdirir.

Hazırda dünyasını dəyişmişlərin kütləvi dəfni və ibadətlər davam etməkdədir.

Baş Nazir Nəvaz Şərif milli qəzəb doğurmuş qətliama görə üç günlük matəm elan edib. Şərif həmçinin, terrorizm faktlarına görə ölüm hökmünə qoyulmuş moratoriumun sona çatdığını bildirib.

Bu, bir çox pakistanlının terrorda şübhəli bilinən şəxslərin ədalətdən yayınması ilə bağlı fikirlərinin qarşısını almaq üçün atılmış addımdır.

Qeyd edək ki, bütün dünya hücumların şokunu yaşayır. Bir çox ölkə başçıları baş verən terror aktını sərt şəkildə qınayıblar. Türkiyədə isə bu gün bir günlük matəm elan edilmişdi.

…read more

From:: ANS