Gürcü gözəli Poroşenkonun komandasında (FOTO)

Ukrayna Nazirlər Kabineti Gürcüstanın eks daxili işlər naziri Yekaterina Zquladzeni eyni adlı qurumun birinci müavini vəzifəsinə təyin ediblər.

ANS PRESS-in məlumatına görə, bu barədə bu gün Ukraynanın sosial siyasət naziri Pavel Rozenko xəbər verib.

“Mən Ukrayna üçün, Ukraynada işləyəcəm. Bu mənim üçün Gürcüstandakı işimin davamı deyil. Bu yeni ölkədir, yeni layihədir və Ukrayna islahatları başlayacaq”- deyə Zquladze qeyd edib.

Qeyd edək ki, Zquladze 8 il ərzində Gürcüstan DİN-də nazir müavini olub. O, eləcə də bir müddət nazirin vəzifələrini icra edib. O, hüquq mühafizə orqanlarında radikal islahatları ilə məşhurdur. Buna DİN əməkdaşlarının maaşlarının qaldırılması, ştatların ixtisarı eləcədə korrupsiya ilə mübarizə də daxildir.

1978-ci il təvəllüdlü Zquladze fransız jurnalistlə 2-ci evliliyini yaşayır. 1 oğlu var.

…read more

From:: ANS