Kobudluq etməyin

Dünyanın nüfuzlu və məşhur ulduz falları portalları “Horoscope” və “Astrology” bu günün qoroskopunu təqdim edir.

Qoç – günün ilk yarısında məişət problemləri ön plana çıxacaq. Xırdalıqlar, ilk baxışdan mənasız təsir bağışlayan işlər ciddi fəaliyyət tələb edir. Aktiv olmasanız, itirilmiş vaxta sonradan heyfislənəcəksiniz.
Depressiya da istisna deyil.
Günün ikinci yarısında təmkinli olun. Hirsinizi yaxınlarınızdan çıxmayın. Enerji potensialınızın səviyyəsi yüksəkdir. Rutin işlərdən qaçmağa çalışmayın – alınmayacaq. Problemlərin həllində aktiv olun, orijinal yollar arayın.

Buğa – intellektual fəaliyyət, kollektiv layihə üçün yaxşı zamandır. Ünsiyyətə meylli olun. Səmimi olun, yenilikləri əxz etməyə başlayın. Problemlərin həllinə yaradıcı yanaşın. Peşəkar olmağa çalışın.
Günün ikinci yarısında şəxsi münasibətlərinizdəki problemləri yoluna qoymağa başlayın. Sevginin, xoş münasibətin, hisslərin dəyərini bilin. Kobudluq, qabalıq edərək qəlb sındırmayın.
Yeni, möhkəm münasibətlərin əsasını qoyun.

Əkizlər – ən adi işləri görərkən düşünülməmiş qərarlara yol verməyin. Tələskənlik və impulsivlik böyük fəsadlar yarada bilər. Ətrafınızda komfort ortam yaradın, yanınızdakı insanların dəstəyini qazanın. Çətin situasiyaya düşəndə nəzakətli olun, diplomatcasına davranın.
Günün ikinci yarısında ən müşkül işlərin öhdəsindən gəlmək olar.
Ailə qayğıları və məişət problemləri ertələnməni sevmir. Yaxınlarınızdan biri çətinliyə düşərsə, ona yardım edin. Ailədə psixoloji durumu normallaşdırın.

Xərçəng – günün ilk yarısından problemləri həll etməyə başlayın. Süst və tənbəl davranmayın. İradəli olsanız, yaxşı nəticələr əldə edəcəksiniz. Sizi xoş anlar gözləyir. Nikbin olun, ən kiçik problemlər sizi bədbinliyə sürükləməsin.
Günün ikinci yarısısında həmfikir və dostlarla birgə fəaliyyətdə xeyir var. Axşam saatlarına doğru müsbət təmayüllərin təsiri artacaq.
Səhhətinizə fikir verin.

Şir – işgüzar aktivliyin səviyyəsinin aşağı düşməsi süstlük və ya tənbəllik üçün səbəb ola bilməz. Çoxdan bəri planlaşdırdığınız, nəzərdə tutduğunuz işləri tamamlayın.
Alış-veriş uğurlu ola bilər.
Günün ikinci yarısında bədxərclik etməyin. Maliyyə vəsaitinizə nəzarət edin.
Axşam saatlarını yaxınlarınızla keçirin. Pozitiv olun, dəyər verdiyiniz insanları sevindirin.

Qız – zövqlü olun. Başladığınız işləri yarımçıq qoymayın. Biliklərinizdən yararlanaraq yeni təcrübə əldə etməyə çalışın. Xarici görünüşünüzün qeydinə qalın.
Günün ikinci yarısında emosiyalarınıza hakim olun. Ailə üzvlərinə xoş münasibətinizi göstərin. İşlərinizə ara verməyin, aramla olsa da, …read more

From:: ANS