Bakının buz kimi dərdi

Paytaxtda evlərdə istilik sisteminin işə düşdüyü deyilsə də problemlər hələ də var. “Azəristiliktəchizat” ASC-nin Abonent və müştəri xidmətlərinin rəisi Rafiq Əliyev isə ANS PRESS-ə bildirir ki, hazırda bütün qazanxanalar işləyir.

Paytaxtda hazırda nəzərdə tutulan 539 qazanxana və 95 istilik məntəqəsi fəaliyyət göstərir. O, qeyd edib ki, hazırda elə bir yer yoxdur ki, orada qazanxana işə salınmasın. Lakin hansısa binalarda müvəqqəti olaraq problemlər yarana bilər. Bu həmin binalardakı problemlərdən irəli gəlir.

Onun sözlərinə görə, binanın hansısa girişində, bina və mənzildaxili istilik sistemi xətlərində tutulmalar olduğu üçün binalar, verilən istiliyi qəbul edə bilmir. Bununla bağlı 2014-2016-ci illər Dövlət proqramına əsasən görüləcək işlər hazırda davam edir.

Hazırda yeni istilik mənbələrinin yaradılması, məhəlli xətlərinin dəyişdirilməsi, yaşayış binalarının aşağı paylama istilik sistemlərinin dəyişdirilməsi işləri aparılır. Dövlət proqramı çərçivəsində də hər il yeni istilik mənbələri yaradılır.

O, qeyd edib ki, görüləcək işlər hələ çoxdur .”Bu il ərzində 39 yeni istilik mənbəyi də istifadəyə verilib. Bu işlər bütün mənzilllər də tam şəkildə istilik sistemləri yaradılana qədər davam edəcək”.

“Hər bir rayonda da hazırda paralel şəkildə işlər görülür. Ələt qəsəbəsi, Müşfiqabatdan Pirallahı qəsəbəsinə qədər işlər görülür. Bununla yanaşı Səbail qəsəbəsi, Badamdar qəsəbəsində olan problemlər də aradan qaldırılıb. Eyni zamanda Yeni Yasamal ərazisində müasir tipli qazanxanalardan istifadə olunur”.

“Azəristiliktəchizat” rəsmisi problemlərin olmadığından danışsa da reallıq əksini deyir. Təkcə dünən ANS PRESS Xətai rayonu Cavanşir küçəsində sakinlər yolu bağlaması haqda məlumat yaymışdı.

Buna səbəb əksəriyyəti qaçqın olan sakinlərin yaşadığı yatatxananın istilik xəttinin bağlanması ilə bağlı olduğu deyilirdi.

Soyuqdan donmamaq üçün sakinlər odun qalayaraq onun ətrafında qızınırlar.

“Hazırda Əhmədlidə bir qrup sakin tərəfindən yol bağlanıb. Onlar istilik sistemi bərpa edilməyincə burdan getmək fikrində deyil. Tonqal qalayıb qızınırıq”, – deyə narazı sakinlərdən biri ANS PRESS-in əməkdaşına bildirmişdi.

“Azəristiliktəchizat” rəsmisi kiçik problemlərin aradan qaldırılması üçün işlər görüldüyünü deyir. Bəs görəsən istilik …read more

From:: ANS