“Cırtdan və sehrli xalat”

“3 Dost” animasiya studiyası “Cırtdan və sehrli xalat” animasiya filminin üzərində işləyir.

ANS PRESS-in məlumatına görə, studiyadan AzərTAc-a bildirilib ki, Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə hazırlanan “Cırtdan və sehrli xalat” animasiya filmi 3D proqramları vasitəsilə çəkilir.

İdeya müəllifi Müşfiq Hətəmov olan filmin süjet xətti Yusif Şeyxova məxsusdur. Filmin ssenari müəllifləri Yusif Şeyxov və Kənan Yusifov, rejissorları isə Rəşad Əfəndiyev və Yusif Qabilovdur.

Animasiya filminin xronometrajı təxminən 15 dəqiqə olacaq. Personajların konseptual hissəsi artıq hazırdır. Yaxın vaxtlarda animasiya üzrə işlərə başlanılacaq. …read more

From:: ANS