Metroda həyəcanlı anlar

Metronun “28 may” stansiyasında sərnişin sıxlığı yaşanmaqdadır.

Sərnişinlərin ANS PRESS-ə verdiyi məlumata görə, Cəfər Cabbarlı Stansiyasından “28 May”a keçiddə sərnişin “tıxac”ı var. Sərnişinlər “tıxac”ın səbəbini bilmədiyindən təşvişə düşdüklərini bildiriblər.

“Bakı Metropoliteni” ASC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev ANS PRESS-ə verdiyi açıqlamada deyib ki, “28 may”da yaşanan hadisə sərnişin çoxluğundan baş verib: “Narahatçılığa heç bir əsas yoxdur. Sadəcə “pik” saatlar olduğundan sərnişin sayı artır və nəticədə bu hallar baş verir”.

Qeyd edək ki, axşam saatlarda avtobuslarla tıxaca düşdüyündən sərnişinlər metrodan istifadəyə daha çox üstünlük verir. …read more

From:: ANS