8-ci km bazarının üz qarası (FOTO)

Bakının tıxac probleminin həll olunması üçün nəzərdə tutulan nəhəng avtodayanacaq bu il istifadəyə verilməliydi. İlin sonu olmasına baxmayaraq, söz verildiyi kimi 6 mərtəbəli avtodayanacaq hələ də hazır deyil.

ANS PRESS olaraq məsələnin nə yerdə olduğunu öyrənmək üçün tikinti gedən Nizami rayonu, Qara Qarayev prospektilə Naxçıvanski küçəsinin kəsişməsindəki avtodayanacağa yollandıq. Müşahidələr zamanı “8-ci km” bazarı yaxınlığında inşa edilən avtodayanacağın 6 mərtəbəsinin də hazır olduğunu gördük.

Əraziyə daxil olduq və məlumatlar öyrənməyə çalışdıq. Ərazidəki özünü Eldar kimi təqdim edən mühafizə xidmətinin əməkdaşı ANS PRESS-dən olduğumuzu biləndə bizi kənara çəkdi.

“Ərazidə çəkiliş aparmaq üçün rəhbərliyin xüsusi icazəsi lazımdır”, – deyə gözətçi bildirdi. Tikintidə podratçı şirkət olan “Riva İnşaat” MMC-nin rəhbərliyilə əlaqə saxladıq. Şirkət rəhbərliyindən bildirdilər ki, tikinti hələ davam edir. Hələlik nə zaman hazır olacağı barədə heç bir məlumatları yoxdur.

“Sizi içəri buraxa bilmərik. Xahiş edirik ərazini dərhal tərk edəsiniz! – deyə bildirdilər.

Ərazinin hərbi obyekt olmadığını xatırlatdıq. Bildirdik ki, dayanacaq əhali üçün nəzərdə tutulub. Biz də əhalidə yaranan bəzi suallara cavab axtarmağa çalışırıq. Ancaq şirkət rəhbərliyi əksinə bizə qarşı kobudluq etdi.

Şirkət rəhbərliyindən gözətçiyə əmr olundu ki, bizi zorla tikinti ərazisindən çıxartsınlar. İlk baxışdan elə görünürdü ki, şirkət rəhbərliyi tikintidə hansısa məqamı gizlədir və hər bir vəchlə gizlətdiyinin ortaya çıxmasından qorxur.

Qeyd edək ki, 2013-cü ildə həmin avtodayanacaqdan matreal hazırlamışdıq. O zaman bildirmişdilər ki, avtodayanacaq ən geci 2014-cü ildə hazır olacaq. Həmçinin bildirilmişdilər ki, avtodayanacaq 8 mərtəbəli olacaq. Sonradan nədənsə 2 mərtəbə ləğv edildi.

O zaman iş icraçısı Fuad İbrahimov ANS PRESS-ə bildirmişdi ki, dayanacaqda 4 lift piyadalar üçün xidmət göstərəcək. Liftin ikisi çıxışda, ikisi isə giriş hissədə olacaq.

Əhalini ən maraqlandıran məsələlərdən biri isə avtodayanacaqda xidmət haqqıdır. Bu barədə isə rəsmi heç bir məlumat verilmədi. Lakin ərazidə olarkən, orada çalışanlardan öyrəndik ki, həmin dayanacaqda maşın saxlamaq üçün bir saata 1 manat tələb olunacaq. Bu da paytaxtın parklama bazarı üçün çox baha qiymətdir. Çünki yol kənarlarında parkomat quraşdırılmış yerlərdə maşın saxlamaq …read more

From:: ANS