Bakıda külli miqdarda partlayıcı tapıldı

Bakıda külli miqdarda partlayıcı vəsaitlər tapılıb.

ANS PRESS-in Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, əməliyyat Baş İctimai Təhlükəsizlik İdarəsi əməkdaşları tərəfindən keçirilib.

Keçirilən əməliyyat zamanı paytaxtın Binəqədi, Qaradağ rayonları ərazisindəki ticarət obyektlərindən yüksək səsyayıcı qabiliyyətinə malik olan 53300 ədəd partlayıcı oyuncaq götürülüb.

Faktla bağlı araşdırmalar aparılır. …read more

From:: ANS