İrəvanda həyat dayandı (FOTO)

Bu gün səhərdən Ermənistan paytaxtında marşrut avtobusları işini dayandırıb.

ANS PRESS-in məlumatına görə, onlarla minibus Malatiya-Sebastiya rayonunda yığışaraq tətil elan ediblər. Onlar Ermənistanda qazın bahalaşmasına etiraz edirlər. Yol bağlanıb və rayonda hərəkət dayanıb.

“Biz gediş haqqının artırılmasını tələb etmirik. Qoy yalnız qazın qiymətini aşağı salsınlar, bizə ayrı heç nə lazım deyil. Əyalətlərdə qazın litri 170 dram, İrəvanda isə 230 dramdır. Qaz doldurma stansiyalarında bizə deyirlər ki, bu, dolların bahalaşması ilə bağlıdır. Məgər əyalətlərdə dollar bahalaşmayıb?!”, – deyə sürücülərdən biri soruşub.

…read more

From:: ANS