Beyləqan sakini özünü güllələdi

Beyləqan rayonunda bir nəfər ov tüfəngindən özü özünü gəllələyib.

ANS PRESS-in Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, sakini özünü gülləyib.

Hadisə dekabrın 16-da Beyləqan rayonunun Orta Əlinəzərli kəndinin meşə zolağında qeydə alınıb.

Kənd sakini Məhəmmədəli Abdullayev ehtiyatsızlıq nəticəsində ov tüfəngindən açdığı atəşlə özünə xəsarət yetirib.

Beyləqan rayon polis şöbəsinin əməkdaşları tərəfindən M. Abdullayevdən müvafiq sənədləri olmayan “İJ-16” markalı ov tüfəngi götürülüb.

M. Abdullayev xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır. …read more

From:: ANS