Bakıda fond prezidenti qəzaya düşdü (YENİLƏNİB, FOTO)

“Konstitusiya” Araşdırmalar Fondundan ANS PRESS-ə verilən məlumata görə, Əliməmməd Nuriyev qəza baş verən zaman avtomobildə tək olub.

Qəza nəticəsində Fond prezidenti yüngül xəsarət alıb. Hadisədən sonra Əliməmməd Nuriyevə ilkin tibbi yardım göstərilib.

Faktla bağlı araşdırma aparılır.

…14:38…

“Konstitusiya” Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyevin avtomobili “Hilton” otelinin önündə qəzaya uğrayıb.

ANS PRESS-in gsr.fm-ə istinadən verdiyi məlumata görə, hadisə yerinə təcili tibbi yardım heyəti cəlb edilib.

Şahidlərin verdiyi məlumata görə, təqsir digər sürücüdə olub.

Yaralılar barədə məlumat yoxdur.

…read more

From:: ANS