ABŞ tərəflərə yol gəstərdi

“Fələstinlilər İsrailə Fələstin ərazilərindən çıxması üçün möhlət verilməsinə dair qətnaməni BMT-nin Təhlükəsizlik Şurasına təqdim etməyə hazırlaşdığı vaxt İsraildə qarşıdan gələn seçkiyə mane olacaq heç bir şeyə imkan verilməməlidir.”

ANS PRESS-in məlumatına görə, bunu Londonda fələstinli müzakirəçi Saeb Erekatla danışıqlardan əvvəl müxbirlərə açıqlama verən ABŞ dövlət katibi Con Kerri deyib.

O bildirib ki, sülhə nail olmaq yollarının tapılması imkanını əldə etmək üçün gərginliklərin azaldılması zəruridir. ABŞ-ın Fələstin dövlətinin yaradılması ilə bağlı BMT-də mümkün qətnaməyə dair heç bir qərar verməyib.

ABŞ dövlət katibi Ərəb Liqasının başçısı Nabil Elarabi ilə də görüşüb.

Xatırladaq ki, Con Kerri Londonda danışıqları vəziyyətin dəyərləndirilməsi üçün bazar ertəsi İsrailin Baş naziri Benyamin Netanyahu ilə Romada, Britaniya və Almaniya xarici işlər nazirləri ilə isə Parisdə görüşlər keçirib. …read more

From:: ANS