Bakıda avtobus sürücüsü bıçaqlandı

Bakıda avtobus sürücü ilə sərnişinlər arasında dava düşüb. Hadisə şahidlərinin ANS PRESS-in “qaynar xətti”nə verdikləri məlumata görə, hadisə 211 saylı avtobusda baş verib. Dava nəticəsində sürücü bıçaqlanıb.

211 saylı avtobusun tabe olduğu “İqafqaz” MMC-nin rəhbəri Əfqan Maqsudovun ANS PRESS-ə verdiyi məlumata görə, bıçaqlanan onların işçisi olmayıb. Şirkət rəhbərinin sözlərinə görə, bıçaqlanan sürücünün tanışı Nurlan adlı şəxs olub.

Hadisə “DAEWOO” markalı, 10 TH 496 nömrə nişanlı avtobusda baş verib.

Avtobusun sürücüsü Telman Məmmədov həmin gün maşın tanışı Nurlan adlı şəxsə verib. Nurlan da avtobusu sürərkən sərnişinlərlə gedişhaqqı üstündə mübahisə edib. Sərnişinlərdən biri əvvəlcə maşının şüşəsini sındırıb. Daha sonra sürücünü bıçaqlayıb”, – deyə Əfqan Maqsudov bildirib.

Sürücü ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Hazırda onun vəziyyəti normaldır.

Faktla bağlı araşdırma aparılır. …read more

From:: ANS