Sərvət ödədi dilini sığortalatdı (FOTO)

Dünyanın məşhur simaları qabiliyyətləri, səsləri, görüntüləri ilə milyonlarla pul qazanırlar. Amma dünya fanidir. Sabah başımıza nə gələcəyini bilə bilmərik. Başımıza hər an istənilməyən bir hadisə gələ bilər.

Məşhurlarda bunu nəzərə alaraq onlara tanınışlıq gətirən bəzi bədən üzvlərini milyonlarla dollra sığortaladıblar.

ANS PRESS məşhurların bədən üzvlərini sığortalamaq üçün xərclədikləri milyonları təqdim edir.

Rihanna
Barbadoslu sənətçi ayaqlarını sığortaladıb. Bunun üçün o bir milyon dollarından keçib.

Troy Polamalu
Amerikalı peşəkar “Pittsburgh Steelers” futbol klubunun oyunçusu Polamalu saçlarını sığortalatmaq üçün bir milyon dollar ödəyib.

Mayli Sayrus
Müğənni dilini bir milyona sığorta etdirib.

Daniel Kreyq
“Ceyms Bond”u canlandıran Kreyq bütün bədəninin qeydinə qalaraq onu sığorta etdirib. Bunun üçün isə o 8 milyon dollarından keçib.

Devid Bekhem
Ötən il fəal futbolçuluq kariyerasını bitirən Bekhem ayaqlarını sığortalatmaq üçün 70 miyon dollar ödəyib.

Devid Lee Roth
“Van Halen” qrupunun solisti cinsiyyət üzvünü 1 milyon dollara sığorta etdirib.

Klaudia Şiffer
Alman maniken ona milyonlar qazandıran üzü üçün 1 milyon sığorta pulu ödəyib.

Holli Madison
“Playboy” ulduzu sinəsi üçün 1 milyon dollardan keçib.

Gene Simmons
“Kiss” qrupunun üzvü dili üçün 1 mln. dollar ödəyib.

Bruce Springsteen
Müğənni səsini 5.7 milyon dollara sığortalayıb.

Kayli Minouq
Avstraliyalı müğənni ombası üçün 5 milyondan keçib.

Meray Kerri
Amerikalı müğənni cazibədar ayaqlarını sığortaladıb. Bunun üçün 1 milyon dollar ödəyib.

Louis Tomlinson
“One Direction” qrupunun üzvü Tomlinson ombası üçün 160 min dollar verib.

Adam Lambert
Müğənni səs tellərini nə az, nə çox düz 47 milyon dollara sığorta etdirib.

…read more

From:: ANS