Dünyanın ən böyük ruleti (FOTO)

ABŞ-ın Kaliforniya ştatında ən böyük ətli rulet hazırlanıb.

ANS PRESS-in məlumatına görə, “Bourbon Steak and Pub” restoranında “Şükran” gününü dünyanın ən böyük ətli ruletini hazırlayaraq özünəməxsus şəkildə qeyd ediblər. Ruletin hazırlanmasında 24 bildirçin, 12 toyuq, 8 ördək, 6 hind quşu, 2 quzu, 1 donuz balası, bir az şabalıd və meyvə istifadə olunub.

Hazırlanmış rulet yanmaması rulet metal inşaat toruna bükülüb və xüsusi tavada qızartdılıb. Nəhəng rulet yerli “Seattle Seahawks” idman komandasının şərəfinə hazırlanıb və elə idmançılar və azerkeşlər tərəfindən qısa müddət ərzində yeyilib.

Ruleti hazırlayanlar rekorda imza atmaq fikrində olmayıblar, buna görə də “Ginnesin rekordlar kitabı” nümayəndələri əyləncədə iştirak üçün dəvət edilməyib.

…read more

From:: ANS