Dəhşət! Qatar 2 tələbəni biçdi (FOTO)

Türkiyədə 2 ali məktəb tələbəsinin faciəvi ölümü ilə nəticələnən dəhşətli qatar qəzası baş verib. ANS PRESS-in məlumatına görə, hadisə yerli vaxtla saat 19.00-da (Bakı vaxtıyla 21.00) Sakarya vilayətinin Adapazarı rayonunda baş verib.

Sakarya universiteti tibb texnikumunun tələbələri olan 19 yaşlı Zeynəb Kılıç və 20 yaşlı Təkin Dündar şəhərdaxili ictimai nəqliyyat kimi işləyən qatarın altında qalıblar. Zeynəb Kılıç hadisə vaxtı, Təkin Dündar isə qəzadan bir müddət sonra dünyasını dəyişib.

Qatarın maşınisti verdiyi ifadədə gənclərin qaranlıqda qəfildən relslərə çıxdıqlarını deyib. Maşınistin verdiyi ifadə və relslərin məhhəcərin daxilində olması hadisənin intihar olması ehtimalını qüvvətləndirib.

Faktla bağlı istintaq başladılıb, araşdırmalar davam edir.

…read more

From:: ANS