Türkiyə ən çox onları axtardı

Türkiyədə geridə qoymağa hazırlaşdığımız 2014-cü ildə ən çox marağa səbəb olan şəxslərin adları açıqlanıb.

ANS PRESS-in məlumatına görə, Türkiyədə internet istifadəçiləri tərəfindən “Google”da ən çox axtarılan şəxslərin siyahısında bir-birindən fərqli sahələrdə tanınan adlar yer alıb.

Siyahının ilk pilləsində ağciyər infeksiyası və nəfəs çatışmazlığı səbəbindən septik şok keçirən və 95 gün reanimasiyada yatan Nejat İşler yer alıb. Sosial şəbəkələrdə də onun haqqında minlərlə səhifələr açılıb, postlar yazılıb.

İkinci yerdə isə Gəzi parkı hadisələri zamanı polis tərəfindən atılan gözyaşardıcı qaz kapsulunun başına dəyməsi ilə 269 gün komada qaldıqdan sonra dünyasını dəyişən 15 yaşlı Berkin Elvan olub.

Siyahının üçüncüsü isə Türkiyədə olduğu kimi, Azərbaycanda da “Google”da haqqında öyrənmək üçün ən çox axtarılan adlardan biri olan Türkiyədə müxalif partiyaların vahid namizədi kimi seçkidə iştirak edən Əkmələddin İhsanoğludur.

Daha sonra siyahını müğənni İrəm Derici, teatr aktyoru Kənan İşık, “Bu tərz mənim” yarışma iştirakçısı Nur Bozar, intihar edrək həyatına son qoyan aktyor Robin Uilyams, intihar videosu hazırlayaraq həyatına qəsd edən İT mütəxəssisi Məhmət Pişkin, xərçəngdən dünyasını dəyişən müğənni Murat Göyebakan və narkotika alış-verişindən günahlandırılaraq həbs edilən müğənni Dəniz Səki davam etdirir. …read more

From:: ANS