Gəncədə qəza törədən sürcü qaçdı (VİDEO)

Ötən gecə saat 22:00 radələrində Gəncə şəhəri Zülfü Hacıyev küçəsində yol qəza hadisəsi baş verib.

VAZ 21011 markalı avtomobilin sürücüsü hərəkətdə olarkən idarəetməni itirib və avtomobili aşırıb.

Bu zaman VAZ 21011 yolun kənarında dayanan Məhərrəm Budaqova məxsus VAZ 2107-ə dəyib.

Nəticədə avtomobillərə ciddi ziyan dəyib və VAZ 21011 də olan sərnişin Gəncə sakini 31 yaşlı Seymur Məmmədzadə müxtəlif bədən xəsarətləri alıb.

Sürücü isə hadisədən dərhal sonra ərazini tərk edib.

Hazırda Gəncə polisi həmin sürücünün müəyən edilməsi istiqamətində müvafiq tədbirlər həyata keçirir.

…read more

From:: ANS