Dəhşət saçan qatilin cəsədi tapıldı (FOTO)

Ötən gün Amerika Birləşmiş Ştatlarında (ABŞ) şübhəli olaraq bilinən Bredli Uilyam Stoun tərəfindən 6 nəfər öldürülmüşdü.

ANS PRESS-in məlumatına görə, ABŞ-ın Pensilvaniya ştatında silahlı şəxs 6 nəfərə atəş açaraq öldürmüş, 3 nəfəri isə yaralamışdı. Onlardan birinin vəziyyəti ağır olaraq qiymətləndirilirdi. Ölənlərin cəsədlərini Filadelfiyanın müxtəlif qəsəbələrində aşkar edilib.

Yerli hüquq-mühafizə orqanlarının şübhəlinin yaxalanması üçün şəhərin müxtəlif səmtlərində həyata keçirdiyi axtarışlar nəticəsində, qətli törədən 35 yaşlı Bredli Uilyam Stounun cəsədi elə yaşadığı Pennzburq qəsəbəsi yaxınlığında tapılıb.

Qeyd edək ki, keçmiş hərbçi olan Stounun hadisədən sonra yaxalanması üçün “FBI”, “SWAT” axtarış qrupları və yerli polis hərəkətə keçmiş, bölgədəki məktəblər bağladılmış, binalarda təhlükəsizlik tədbirləri artırılmışdı.

…read more

From:: ANS