35 marka avtomobilin satışı qadagan edildi

Rublun kəskin düşməsi Rusiyada nəinki alıcılara, eləcədə avtodillerlərə də təsirsiz ötüşməyib.

ANS PRESS-in məlumatına görə, maliyyə stabilliyinin olmaması ucbatından Rusiyada ən böyük avtodillerlərdən olan Major Auto satışı dayandırıb.

Şirkətdən bildiriblər ki, qərar kompaniyanın satdığı bütün 35 brendə tətbiq olunub. Rusiya mətbuatı satışın dayandırılmasının 1-3 gün ərzində davam edə biləcəyini bildirsə də şirkət əməkdaşları satışın “dondurulmasının” nə qədər çəkəcəyini deməyə çətinlik çəkdiklərini deyirlər.

Qeyd edək ki, rublun düşməsi bir çox xarici maşın istehsalçılarını bazardan sıxışdırıb çıxarıb. Bu vəziyyət yerli istehsalçılara şərait yaratsa da, onlar da sevinməkdə tələsmədiklərini deyirlər.

Major Auto şirkəti 1998-ci ildə yaradılıb və 35 avtomobil markasının rəsmi dilleridir. Moskva regionunda şirkətin 63 filialı mövcuddur. “Forbes”in məlumatına görə 2013-cü ildə holdinqin sırf gəliri 88 milyard rubl (11 milyon 352 min manat) təşkil edib. …read more

From:: ANS