Ruslara yeni il “hədiyyəsi” (FOTO)

Rublun yenidən dollar və avroya münasibətdə kəskin şəkildə enməsi ruslara əsl kövrək milad hədiyyəsi olub.

ANS PRESS-in məlumatına görə, dollar Moskva Fond Birjasında 80 rubla qalxıb, avro isə 100 rubla qədər sıçrayıb.

Rusiyanın neft və qaz ixracı ümumi ixracatdan gələn gəlirin təxminən üçdə ikisini təşkil edir və bu il üçün təxminən 530 milyard dollar olub. Bu pul olmadan Rusiya xarici ticarətdə böyük defisitə malik olardı. Rusiyanın Mərkəzi Bankı bu il və gələn il ərzində ölkədən 100 milyard dollar miqdarında axın gözləyir.

Dövlət xərcləri demək olar ki, tamamilə neft gəlirlərindən asılıdır. Əks halda dövlətin borcu ildə təxminən 10 faiz təşkil edərdi. Bu gizlin defisit indi hər kəsə məlumdur və xarici sərmayədarların rubldan kütləvi şəkildə qaçmasına səbəb olub.

Rusiyanın Ukraynaya qarşı münasibətinə cavab olaraq tətbiq edilən Qərb sanksiyaları, maliyyə böhranını aradan qaldırmaq üçün xarici kapitalın ölkəyə cəlb edilməsini imkansız edir.

Ona görə də təəccüblü deyil ki, bir neçə ay içində təxminən neftin qiymətinin aşağı düşməsinə uyğun olaraq, rubl dəyərinin yarısını itirib.

Rusiya Mərkəzi Bankı növbəti il ÜDM-da 5 faizə qədər azalmanı proqnozlaşdırır. Bu isə tam tənəzzül deməkdir. Lakin hətta bu halda belə, Rusiya Bankının uçot dərəcəsini 10,5-dən 17 faizədək kəskin qaldırma qərarı təəccüblə qarşılanıb.

Bu üsulla rublun enməsinin qarşısı alınıb. Digər tərəfdən, bu, xarici investorlarda qorxu yarada bilər ki, hökumət böhranla mübarizədə ümidsizlik və gücsüzlük nümayiş etdirir.

Rusiya hələ ki, defolt vəziyyətində deyil. BVF-na görə, bu ilin ortalarında o, bir il ərzində idxalı təmin etmək üçün kifayət edəcək valyuta ehtiyatları malik olub. Hazırda bu müddət 10 aya qədər azalıb, lakin nisbi sabitlik üçün müəyyən zəmanət var.

Bəs bu dünya üçün nə deməkdir? Rusiyadakı böhran məhsullara qarşı qlobal təlabatı azaldır, öz növbəsində, artıq Avropa məkanı və Çində durğunluq əlamətləri nəzərə çarpır.

Beynəlxalq banklar üçün riskə gəlincə, Rusiyadakı sərmayənin məbləğinin 364 milyard dollar təşkil etməsi bankların mövcudluğuna təhlükə yaratmır. Britaniya bankları tərəfindən Rusiyaya verilmiş kreditlər bu məbləğin yalnız bir neçə faizini təşkil edir.

Maliyyə bazarlarında …read more

From:: ANS