Messidən gözlənilən jest

Ulduz futbolçu Əlcəzairə yardım göstərib.

ANS PRESS-in məlumatına görə, Argentinalı futbol ulduzu Lionel messi Əlcəzair Qırmızı Aypara Cəmiyyətinə 3 səyyar klinika hədiyyə edib.

Əlcəzair Qırmızı Aypara Cəmiyyəti sədri Saidə bin Hubeylis Anadolu Agentliyinə verdiyi açıqlamada Lionel Messi Fondu tərəfindən onlara hədiyyə edilən 3 səyyar klinikanın mart ayında veriləcəyini bildirib.

“Sözügedən səyyar klinikalar hələ ki, hazırlıq mərhələsindədir. Klinikalar Əlcəzair tərəfinə təslim edildikdən sonra Tamanrasset, Adrar, İlizi şəhərlərində istifadə üçün nəzərdə tutulub” – deyə Hubeylis sözlərinə əlavə edib.

Qeyd edək ki, Lionel Messi Fondu ilə Əlcəzair Qırmızı Aypara Cəmiyyəti bu ilin may ayında yardım müqaviləsi imzalamışdı. …read more

From:: ANS