Türkiyənin tanınmış müğənnisi Azərbaycana gəlir (FOTO)

Türkiyənin tanınmış müğənnisi Fərhad Göçər Azərbaycana gələcək.

ANS PRESS-in məlumatına görə, bu barədə prodüser Tarix Əliyev “İnstagram” ssəhifəsində yazıb.

F.Göçər dekabrın 22-də Gəncədə konsertdə iştirak edəcək.

“Əziz gəncəliler dekabr ayının 22-də Gəncə şəhər İcra Hakimiyyətinin təşkil edeceyi konsertdə dünya şöhrətli muğam ifaçımız, xalq artistimiz Alim Qasımov, qızı əməkdar artist Fərqanə Qasımova, eləcə də xalq artistləri Brilliant Dadaşova, Zülfiyyə Xanbabayeva, əməkdar artist Natiq Şirinovun rəhbəri olduğu “Ritm” qrupunun üzvləri Türkiyənin tanınmış müğənnisi Fərhad Göçər siz gəncəlilərin qonaqları olacaglar!!”, deyə prodüser yazıb.

…read more

From:: ANS