AB-dən Türkiyəyə sərt xəbərdarlıq!

AB Türkiyə ilə bağlı gələcək əməkdaşlıq məsələlərinə dəyişikliklər edilməsi ilə bağlı qərar qəbul edib.

ANS PRESS-in məlumatına görə, Brüsseldə toplanan AB xarici işlər nazirlərinin təsdiq etdiyi Türkiyə və digər namizəd ölkələrlə bağlı qərarda son baş verən hadisələr tənqid olunur.

“Son polis basqınları və bəzi jurnalistlərin nəzarətə alınması, demokratiyanın təməl bir dəyəri olan mətbuat azadlığına hörmət mövzusunda sual işarəsi meydana gətirir”, deyə yeni qəbul edilən qərarda bildirilir.

AB xarici işlər nazirlərinin təsdiqlədiyi qərarda Türkiyəyə düşüncə, ifadə və mətbuat azadlığı olan təməl azadlıqları və demokratiyanı, bərabərliyi, qadın, uşaq, cinsi və milli azlıq hüquqları da daxil olmaqla insan hüquqlarına hörməti, dini azadlıqları, mülkiyyət əldə etmə haqqını və qüvvələr ayrılığını zəmanət altına alacaq islahatlar üzərində iş görmək çağırışı edilib.

Qərarda təşkilatlanma və yığıncaq azadlığı və hüquq-mühafizə qüvvələrinin səriştəsilə əlaqədar qanuni qanunvericiliyin Avropa standartlarına uyğun hala gətirilməsi tələb edilib.

Qərarda qanunun aliliyi və əsas hüquqlar sahəsində Türkiyə və AB arasında əməkdaşlıq və ortaq işlərin artırılması istənilib.

Qərarda Türkiyənin AB üçün əsas tərəfdaş olduğu vurğulanaraq “Türkiyə, dinamik iqtisadiyyatıyla Avropa qitəsinin rifahına qiymətli bir yatırım edir” deyilir.

Türkiyənin lazımlı meyarları və öhdəliklərini yerinə yetirərək AB müzakirələrini tezləşdirəcəyini müdafiə edən qərarda, “Türk hökumətinin Avropa Birliyinə qoşulma hədəfinə bağlılığını məmnuniyyətlə qarşılayır və iştirak müzakirələrinin yenidən canlandırılması məqsədi ilə son dövrdə qəbul edilən yeni AB strategiyasının konkret olaraq tərtib edilməsini gözləyirik” deyilir.

Qeyd edək ki, 14 dekabrda Türkiyədə baş verən jurnalistlərin kütləvi həbsinə AB rəsmisi Federika Mogerini və AB Komissiyasının genişləmə və qonşuluq siyasətinin məsul üzvü Cohans Hahn, ortaq çıxış edərək narahatlıqlarını dilə gətiriblər. Buna cavab kimi Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan AB-ni sərt tənqid edərək “Siz öz ağlınızı özünüzə saxlayın” deyib. …read more

From:: ANS